SƏNAYE

24 Oktyabr

"Neftin qiymətini diktə etmək OPEC+ ölkələri üçün qeyri-mümkündür"

Rusiyanın Maliyyə naziri Anton Siluanov hesab edir ki, OPEC+ ölkələri neftin qiymətini alıcılar tərəfindən diktə edilməsini özləri üçün qeyri-mümkün hesab edirlər. Onlar tərəfdən məhdudiyyətlər əks effektə gətirib çıxaracaq. 

Oktyabrın əvvəlində Səudiyyə Ərəbistanı və Rusiya başda olmaqla OPEC+ ölkələri neft hasilatını noyabr ayından gündəlik 2 milyon barel azaltmaq qərarına gəlib və razılaşmanı 2023-cü ilin sonuna qədər uzadıblar. ABŞ prezidenti Co Bayden, eləcə də Demokratlar Partiyasının bir sıra digər tanınmış üzvləri bundan məyus olduqlarını bildiriblər və qeyd ediblər ki, Vaşinqton cavab vermək üçün müxtəlif variantları nəzərdən keçirir. Ağ Ev, OPEC+ qrupunun üzvlərini bu qərarı qəbul edərkən Rusiyanın tərəfini tutmaqda ittiham edib.