SƏNAYE

17 Oktyabr

Miller: Qazın qiymətinə limit tətbiqi Qazprom-un tədarükü dayandırmasına səbəb ola bilər

Qazın qiymətinə yuxarı həddin tətbiqi mövcud müqavilələrin şərtlərini pozacaq və Qazprom-dan tədarükün dayandırılmasına səbəb olacaq.

"Fins.az" xəbər verir ki, bunu “Qazprom”un rəhbəri Aleksey Miller müsahibəsində deyib.

"Bilirsiniz, əslində biz imzalanmış müqavilələri rəhbər tuturuq. Belə birtərəfli qərar, təbii ki, müqavilənin mühüm şərtlərinin pozulmasıdır və bu, tədarükün dayandırılmasına səbəb olur", - o deyib.

Sentyabrın 25-də 15 ölkədən ibarət qrup Avropa Komissiyasını bütün idxal olunan qaz üçün tavan qiymət tətbiq etməyə çağırıb. Bununla belə, Almaniya, Danimarka və Hollandiya qazın qiymətinin məhdudlaşdırılmasına qarşı çıxıblar və bunun Avropadakı enerji böhranını cilovlamaq səylərinə zərər verəcəyini iddia etdilər. Avropa Komissiyasının sədri Ursula fon der Leyen yalnız Rusiya qazı üçün qiymət tavanının tətbiq edilməsinin zəruriliyini bəyan edib.