SƏNAYE

14 Oktyabr

Novak: 63 milyard kubmetr qaz Türkiyə üzərindən Avropaya ixrac edilə bilər

Rusiya Baş nazirinin müavini Aleksandr Novak, Cənub axını təxminən 63 milyard kubmetr tutumlu dörd xətt olaraq planlaşdırılıb.

"Fins.az" xəbər verir ki,bu potensial, Qara dəniz və Türkiyə vasitəsilə Avropa istehlakçılarına qazın çatdırılması üçün istifadə edilə biləcək gücdür.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak, paytaxt Moskvada keçirilən "Rusiya Enerji Həftəsi" forumu çərçivəsində verdiyi açıqlamada, Türkiyə ilə Rusiyanın enerji sahəsində son dərəcə yaxşı əlaqələrinin olduğunu bildirib.

Rusiyanın Türkiyənin enerji qovşağına çevrilməsi təklifinə də toxunan Novak, bildirib ki, Türk axınının gücü 31,5 milyard kubmetrdir.

“Türk axını” ilə əvəzlənən “Cənub axını” boru kəmərinin o zamanlar ümumilikdə dörd xətt üzərində planlaşdırıldığını bildirən Novak, Cənub axını təxminən 63 milyard kubmetr tutumlu dörd xətt olaraq planlaşdırılıb. Bu potensial təmin edilir. Tələbatın olduğunu və müvafiq boru kəmərlərinin etibarlı və təhlükəsiz istismar oluna biləcəyini, Qara dəniz və Türkiyə üzərindən Avropa istehlakçılarına qazın çatdırılması üçün istifadə edilə bilən gücdür.

Türkiyədə Rusiya qazı üçün mərkəzin yaradılmasının qiymətləndirilməsi lazım olan bir məsələ olduğunu bildirən Novak, “Belə bir ehtiyac varsa və bütün tərəflər maraq göstərərsə, məncə belə bir layihə qiymətləndirilə bilər” deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva