SƏNAYE

14 Oktyabr

Pərviz Şahbazov: Avropaya 8,3 mlrd.kub metr qaz tədarük edilib

2021-ci ildə Avropaya ixrac edilmiş 8,2 mlrd.m3 qaz həcmlərinə, cari ilin 9 ayı ərzində nail olunub.

Fins.az-ın məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabaında yazıb.

O fikirlərinin davamında "yanvar-sentyabr aylarında Avropaya 8,3 mlrd.m3 qaz tədarük edilib. Türkiyəyə 6,1 mlrd.m3, Gürcüstana isə 1,9 mlrd.m3 qaz ixrac olunub. Bu dövrdə qaz ixracı 22,6% artıb",-deyə bildirib. 

Müəllif: Aynur Qəniyeva