SƏNAYE

14 Oktyabr

Pərviz Şahbazov Göyçayda vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov oktyabrın 21-də Göyçayda Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.

Energetika Nazirliyindən  verilən məlumata görə, qəbul saat 11:00-dan etibarən Göyçay rayon Heydər Əliyev Mərkəzində (ünvan: Göyçay şəhəri Heydər Əliyev prospekti 98) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i vasitəsilə müraciət edə bilərlər.