SƏNAYE

13 Oktyabr

Novak: Rusiya “Türk axını” ilə yeni əlaqələri nəzərdən keçirir

Rusiya Baş nazirinin müavini Aleksandr Novak ölkəsinin “Türk axını” qaz kəmərinə əlavə birləşmələr qurmağı nəzərdən keçirdiyini bildirib.
"Fins.az" xəbər verir ki, Moskvada keçirilən Rusiya Enerji Həftəsində çıxış edən Novak kəmərdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib.

“Türk axını” hər birinin illik gücü 15,75 milyard kubmetr olan iki sualtı boru kəmərindən ibarətdir.

Rusiya prezidenti Vladimir Putin bu gün etdiyi çıxışında Türkiyənin Avropa üçün ən böyük təchizat xətti ola biləcəyini ifadə edərək, “Türkiyə təsdiq etsə, bu ideya reallaşa bilər” -deyə qeyd edib.

Müəllif:Aynur Qəniyeva