SƏNAYE

13 Oktyabr

OPEC neft tələbi proqnozunu endirib

OPEC iqtisadiyyatlardakı dinamikliyin azalmasını və yüksək inflyasiyanı əsas gətirərək qlobal neft tələbinin artması ilə bağlı proqnozunu aşağıya doğru yenidən nəzərdən keçirib. "Fins.az" xəbər verir ki, ötən həftə qurum gündəlik hasilatı 2 milyon barel azaltmaq qərarına gəlib.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) qlobal neft hasilatının sentyabr ayında əvvəlki ayla müqayisədə gündəlik 930 min barrel artaraq 101 milyon 480 min barrelə yüksəldiyini bildirib.

OPEC-in aylıq neft bazarı hesabatına görə, qrupun gündəlik xam neft hasilatı sentyabr ayında əvvəlki ayla müqayisədə 146 min barrel artaraq 29 milyon 767 min barrelə çatıb.

OPEC-in qlobal neft hasilatındakı payı 29,3 faiz olaraq qeydə alınıb.

Bu dövrdə OPEC-də xam neft hasilatı ən çox Səudiyyə Ərəbistanında artıb. Xam neft hasilatının ən çox azaldığı ölkə İraq olub.

Əvvəlki ayla müqayisədə gündəlik hasilat Səudiyyə Ərəbistanında 82 min barel artarkən, İraqda isə 28 min barrel azalıb. Eyni dövrdə OPEC-ə daxil olmayan ölkələrdə gündəlik neft hasilatı 800 min barel artaraq təxminən 71 milyon 700 min barrelə çatıb.

Müəllif: Aynur Qəniyeva 

 

 

Bu çərçivədə qlobal neft təklifi sentyabr ayında əvvəlki ayla müqayisədə gündəlik 930 min barrel artaraq 101 milyon 480 min barel olub. Bu rəqəm ötənilki səviyyədən 5 milyon 430 min barel çoxdur.