SƏNAYE

12 Oktyabr

Bünyad Sərdarov adına Maşınqayırma Zavodu nizamnamə kapitalını azaldıb

Bünyad Sərdarov adına Maşınqayırma Zavodu nizamnamə kapitalının 16 061 000.00 manatdan 7 098 702.00 manatadək azaldığını elan edir.

"Fins.az" xəbər verir ki, bu barədə zavodun elanında bildirilir .

Məlumata görə, kreditorlar bir ay ərzində öz tələblərini BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİNƏQƏDİ ŞTQ, BİNƏQƏDİ ŞOSSESİ, ev 53 ünvanına bildirə bilərlər.