Energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novakın dəvəti ilə bu ölkəyə səfər edəcək.
Bu barədə "Fins.az"-a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“P.Şahbazov 12-14 oktyabr tarixlərində Moskva şəhərində keçiriləcək“Rusiya Enerji Həftəsi” Beynəlxalq Forumunda iştirak edəcək”, - deyə məlumatda bildirilir.
Forumda energetika nazirinin “Yeni çağırışlar, yeni imkanlar. Dünya neft-qaz bazarını nə gözləyir?” adlı paneldə müzakirələrə qatılması və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Bir sıra ölkələrin hökumət nümayəndələrinin, energetika sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, nüfuzlu şirkətlərin rəhbərlərinin və aparıcı ekspertlərin qatılacağı Forumda ənənəvi və bərpa olunan enerji mənbələrindən istifadə, energetika sahəsində qlobal bazarlarda əməkdaşlıq, enerji keçidi və digər aktual məsələlər ətrafında müzakirələrin aparılacağı gözlənilir