SƏNAYE

10 Oktyabr

Qavrilitsa: “Kişinev Azərbaycandan qaz və neft məhsullarının idxalında maraqlıdır”

Moldovanın baş naziri Nataliya Qavrilitsa oktyabrın 10-da Bakıya rəsmi səfərə gəlib.

“Səfər çərçivəsində biz Azərbaycan Respublikasının rəsmiləri ilə məzmunlu danışıqlar aparmağı planlaşdırırıq. Moldova Respublikasının hazırda üzləşdiyi enerji böhranı kontekstində biz enerji sektorunda əməkdaşlığa, qarşılıqlı fəaliyyətin yeni perspektivli addımlarının axtarışına xüsusi diqqət yetiririk. Azərbaycan Respublikasının qərb istiqamətində mavi yanacağın ixracını artırmaq niyyətini nəzərə alaraq, biz Azərbaycan təbii qazının Moldovaya təchizatı imkanını müzakirə etməyə hazırlaşırıq”, - deyə baş nazir səfər ərəfəsində müsahibəsində bildirib.

O vurğulayıb ki, Moldova təbii qazın təchizatı mənbələrinin və marşrutlarının diversifikasiyasında maraqlıdır, çünki enerji təhlükəsizliyinin təmin edilməsi ölkə rəhbərliyinin əsas prioritetlərindən biridir.

“Eyni zamanda, biz elektrik enerjisi sahəsində bəzi birgə layihələrin inkişafı, Azərbaycan neft məhsullarının Moldovaya idxalı imkanını müzakirə edəcəyik”, - deyə N.Qavrilitsa qeyd edib.