SƏNAYE

06 Oktyabr

OPEC+-dan son 2 ilin ən böyük hasilatı azaltması qərarı

OPEC+ Nazirlər Komitəsinin iclasında gündəlik hasilatın 2 milyon barel azaldılması qərara alınıb.

"Fins.az" xəbər verir ki, bu, OPEC+-nın 2020-ci ildən bəri ən böyük hasilatı azaltması olacaq.

OPEC+ Nazirlər Komitəsi iclasında qlobal iqtisadiyyatın zəifləməsi nəticəsində neft qiymətlərindəki enişi dayandırmaq üçün qrupun gündəlik hasilat limitlərini 2 milyon barel azaltmaq qərarına gəlib.

OPEC+ ölkələrinin bir çoxu hal-hazırda öhdəlik götürdükləri kvotadan aşağı hasilat həyata keçirdiyi üçün qərarda qəbul edilən məbləğin qlobal tədarükə aşağı təsir göstərəcəyi qiymətləndirilir. Bu o deməkdir ki, OPEC+ hasilatı azaltmadan müəyyən edilmiş yeni istehsal kvotalarına çatacaq.

Yenə də hasilatın azaldılması qərarı OPEC+-ın 2020-ci ildən bəri ən böyük hasilatı azaltması idi və bu, daha yüksək enerji xərcləri səbəbiylə inflyasiya ilə mübarizə aparan qlobal iqtisadiyyata daha bir şok əlavə etmək riski daşıyan bir addım idi.

 

Bu addımın ABŞ-ı narahat edəcəyi və Vaşinqtonun reaksiyasına səbəb olacağı gözlənilir. Prezident Joe Biden noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində amerikalılar üçün hasilatın daha yüksək olmasını və neft qiymətlərinin aşağı salınmasını təmin etmək üçün bu ilin əvvəlində Səudiyyə Ərəbistanına səfər edib.