SƏNAYE

03 Oktyabr

Qazprom: "Şimal axını” boru kəmərlərində sızma dayanıb

“Qazprom”dan verilən yazılı açıqlamada “Şimal axını 1”in hər iki xəttində və “Şimal axını 2”nin A xəttində təzyiqin normallaşdığı, qərar veriləcəyi təqdirdə qaz nəqlinin bərpa oluna biləcəyi bildirilib.

"Fins.az" xəbər verir ki, Rusiyanın enerji şirkəti “Qazprom” “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində təzyiqin normallaşdığını və sızmaların bitdiyini bildirib.

“Qazprom”dan verilən yazılı açıqlamada “Şimal axını 1”in hər iki xəttində və “Şimal axını 2”nin “A xətti”ndə təzyiqin normallaşdığı bildirilib.

Zədələnmiş xətlərdə qaz sızmasının da dayandığı bildirilən açıqlamada "Şimal axını 2-nin B xəttində təzyiqin azaldılması istiqamətində işlər davam etdirilir. Bunun üçün boru kəmərindəki qaz boşaldılır" deyilir. 

Açıqlamada bildirilib ki, “Şimal axını 2”nin B xəttindən qazın verilməsi ilə bağlı qərar qəbul edilərsə, lazımi yoxlamalardan sonra həmin xətt qazla doldurula bilər.

Şimal Axını 1 və Şimal Axını 2-nin icraçı şirkəti olan Nord Stream AG sentyabrın 26-da hər iki xətdə eyni vaxtda zədələnmələrin baş verdiyini açıqlayıb.

Danimarka və İsveç rəsmiləri hər iki ölkənin ərazi sularından keçən xətlərdə partlayış tapıntılarının olduğunu, xətlərdə qaz sızmasının aşkar edildiyini açıqlayıb.

Rusiya və bir çox Qərb ölkələri hadisələri “təxribat” kimi qiymətləndirib.

 

Danimarka Enerji Agentliyi də həftəsonu məlumat verib ki, “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində qaz sızması dayanıb.