SƏNAYE

30 Sentyabr

BOTAŞ təbii qazın topdan satış qiymətini bahalaşdırıb

BOTAŞ təbii qazın topdan satış qiyməti tarifini dəyişib.

"Fins.az" xəbər verir ki, müvafiq olaraq, 1 oktyabr tarixindən etibarən təbii qaz satış qiymətləri EPİAŞ tərəfindən idarə olunan Türkiyə Mütəşəkkil Topdan Təbii Qaz Bazarında müəyyən edilmiş gündəlik istinad qiymətinə əsaslanacaq. 

Müvafiq olaraq, BOTAŞ-ın qaz paylama şirkətlərinə oktyabr ayında yaşayış istehlakçıları üçün tətbiq edəcəyi satış qiyməti sabit qaldı və 1000 kubmetr təbii qaz üçün 4 min 80 lirə təşkil edib.

Boru Hatları ve Petrol Taşıma AŞ (BOTAŞ) saytında dərc edilən açıqlamaya görə, yeni qiymət mexanizmi təbii qaz istifadəçilərinə bazar əsaslı, davamlı və proqnozlaşdırıla bilən qiymət quruluşu təklif etməyi hədəfləyir.

Müəllif:Aynur Qəniyeva