SƏNAYE

20 Sentyabr

"Bakı Dəmir-Beton-8" ASC-nin səhmdarları toplanır

"Bakı  Dəmir  Beton-8"  ASC-nin  növbədənkənar  ümumi  yığıncağının  keçirilməsi  zərurəti yaranıb.

"Fins.az" xəbər verir ki, ASC-nin  Ləğvetmə  komissiyasının yaydığı məlumatda bildirilir ki, ümumi  yığıncaq 4  noyabr  2022-ci  il  saat  11:00-da   Bakı  şəhəri, Dərnəgül  qəs., Ə.Rəcəbli  küç., 11/33 ünvanında keçiriləcəkdir.   

Gündəlikdə  olan  məsələlər:  

1. "Bakı  Dəmir-Beton-8" ASC-nin  ləğv   edilməsinin baş  tutmamış elan edilməsi və  cəmiyyətin ləğvi  ilə  bağlı  yaradılmış  ləğvetmə komissiyasının  ləğv  edilməsi.

2. Cəmiyyətin idarəetmə orqanlarının formalaşdırılması (Müşahidə Şurasının yenidən seçilməsi və qanuni  təmsilçilik  funksiyasını  icra  edən  yeni  direktorunun  təyin  edilməsi).

3. Cəmiyyətin dövlət qeydiyyatı  məlumatlarında baş  vermiş dəyişikliklərin dövlət qeydiyyatına  alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin  Dövlət  Qeydiyyatı  İdarəsinə  ərizə  ilə  müraciət edilməsi.

4. Cəmiyyətin əmlakının  üçüncü  şəxslərə özgəninkiləşdirilməsi (satılması).