SƏNAYE

17 Sentyabr

İxraca göndərilən neft məhsullarının həcmi azalıb

Yanvar-avqust aylarında ölkədən 412 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. İxrac olunan məhsulların dəyəri isə 264 milyon ABŞ dollarından çoxdur.

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Xatırladaq ki, ötən ilin müvafiq aylarında Azərbaycandan 971 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 448 milyon dollar olub.