SƏNAYE

15 Sentyabr

Azərbaycanda enerji, qaz və buxar istehsalı sektorunun gəlirləri artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2022-ci ilin yanvar-avqust aylarında 1 857,8 mln. manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4%-lik artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 315,1 mln. manat təşkil edib, bu da illik müqayisədə 5,1% artım deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 614,8 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bu da illik müqayisədə 7,1% çoxdur. Hesabat dövründə ölkə üzrə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 444,3 mln. manat təşkil edib, bu da 18,2% artım deməkdir.