SƏNAYE

15 Sentyabr

Azərbaycanın neft-qaz sektoruna sərmayələr 10% azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın neft-qaz sektoruna 3 249,8 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 10,3% azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə sözügedən göstərici 3 622 mln. manat səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 765,5 mln. manat həcmində vəsait yönəldilib, bu da illik müqayisədə 6,9% azalma deməkdir.

(c) APA