SƏNAYE

15 Sentyabr

Azərbaycanda avqustda gündəlik neft hasilatı 554 min barel olub

2022-ci ilin avqust ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 641 min barel olub.

Energetika Nazirliyindən verilən məlumata görə, hasil edilən maye karbohidrogenlərin 554 min barelini xam neft, 87 min barelini isə kondensat təşkil edib.

Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələri nazirlərinin 30-cu iclasında qəbul edilmiş qərar avqustda Azərbaycanda gündəlik xam neft hasilatının 717 min barelə çatdırılmasını nəzərdə tuturdu.