SƏNAYE

14 Sentyabr

Azərbaycanda qızıl hasilatı 16%-dən çox AZALIB

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 1 min 968,5 kq qızıl hasil edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 16,4% azdır.

Bu barədə “Fins.az"-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə 4 min 609,7 kq gümüş (artım 47,4%) hasil edilib.

Hasil edilən qızıl və gümüş emala göndərilib.1 sentyabr 2022-ci il tarixinə istehsalçı şirkətlərin anbarlarında qızıl ehtiyatının həcmi 384 kq, gümüş ehtiyatının həcmi 358,3 kq təşkil edir.