SƏNAYE

14 Sentyabr

Azərbaycanda bu il benzin və dizel istehsalı azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2461,3 milyon manat olmaqla, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 10,% azalıb.

"Fins.az" xəbər verir ki, Dövlət Statistika Komitəsi bu barədə məlumat yayımlayıb. 

Məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 2,2 dəfə, neft bitumu 8,6% artıb, avtomobil benzininin istehsalı 2,5%, dizel yanacağının istehsalı 24,7%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 32,7%, neft koksunun istehsalı 33,8%, sürtkü yağlarının istehsalı isə 42,2% azalıb.