SƏNAYE

14 Sentyabr

“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 5 il keçir

Bu gün Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” (AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasından 5 il ötür.

"Fins.az" xəbər verir ki, Ulu öndər Heydər Əliyev 1994-cü ilin məhz 14 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması barədə Fərman imzalayıb, düz 23 il sonra isə həmin gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müqavilənin müddəti daha 32 il uzadılıb.

Yeni Sazişin böyük əhəmiyyəti var və o, Azərbaycan üçün daha da əlverişlidir. Ümumilikdə hasilatın pay bölgüsünə dair ilk sazişin imzalanmasından ötən 28 ildə AÇG yataqlar blokundan 4,1 milyard bareldən çox neft hasil olunub. İndiyədək Neft Fondu “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə təxminən 164 milyard dollar qazanıb.