SƏNAYE

13 Sentyabr

Azərbaycanda sənaye istehsalı AZALIB

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-avqust aylarında 56,1 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz az sənaye məhsulu istehsal edib.

"Fins.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb. 

Məlumata görə neft-qaz sektorunda məhsul istehsalı 1,6% azalmış, qeyri neft-qaz sektorunda isə 9,0% artıb.

Sənaye məhsulunun 75,5 faizi mədənçıxarma sektorunda, 20,6 faizi emal sektorunda, 3,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Müəllif:Aynur Qəniyeva