SƏNAYE

13 Sentyabr

Serbiya baş nazirinin müavinindən Azərbaycanla birgə layihə ilə bağlı AÇIQLAMA 

Serbiya baş nazirinin müavini, mədən sənayesi və energetika naziri Zorana Mihayloviç Azərbaycan qazının idxalı üçün nəzərdə tutulan interkonnektoru ölkənin ən vacib layihəsi adlandırıb.

"Fins.az" xəbər verir ki, nazir Avstriya mətbuatına müsahibəsində bildirib ki, Serbiyanı Bolqarıstanla birləşdirəcək və 1,8 milyard kubmetr gücü olan qaz xətti Azərbaycan qazı ilə doldurulacaq.
"Biz Azərbaycanla danışıqlar aparırıq. 2023-cü ilin sentyabrından Serbiya qaz tələbatının 40 faizini Azərbaycan qazı və ya Rusiyadan olmayan digər mənbələrdən qazla təmin etməlidir. Hazırda bu, qaz sahəsində bizim ən vacib layihəmizdir", - deyə nazir bildirib.

Z.Mihayloviç əlavə edib ki, Serbiya bu kontekstdə həm də qonşu ölkələrlə təmaslar qurulmasını vacib hesab edir.