SƏNAYE

12 Sentyabr

Energetika Nazirliyi və AYİB memorandum imzalayacaq

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Avropa Yenidənqurma və İnkişaf Bankın (AYİB-EBRD) prezidenti Odile Renaud-Basso Cənub Qaz Dəhlizinin (CGD) genişləndirilməsinə maliyyə dəstəyi məsələsini müzakirə ediblər.

"Fins.az" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz "tvitter" hesabında paylaşım edib.

“Biz Odile Renaud ilə CGD-nin genişləndirilməsinə maliyyə dəstəyi və yaşıl enerji üzrə çoxşaxəli əməkdaşlığımızın prioritetləri barədə səmərəli müzakirələr apardıq. Nazirlik və AYİB arasında enerji sektorunun inkişafına texniki dəstək haqqında memorandum imzalamağı planlaşdırır”, - paylaşımda bildirilir