SƏNAYE

12 Sentyabr

Azərbaycanda bu il avtomobil yanacağına 1,7 mlrd. manatdan çox xərclənib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 749,8 mln. manat xərclənib.

Fins.az-ın  Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2021-ci ilin eyni dövrü ilə müqayisədə 7,3% çoxdur.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.