SƏNAYE

09 Sentyabr

Gəncənin işıqlandırma sistemi ilə bağlı müqavilə imzalanacaq

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Bassonun Azərbayacan səfərə çərçivəsində Gəncənin işıqlandırma sisteminin müasirləşdirilməsinə dəstəklə bağlı müqavilə imzalanacaq.

Bu barədə o, müsahibəsində bildirib.

"Gələn həftə baş tutacaq səfərim zamanı Gəncənin işıqlandırma sisteminin müasirləşdirilməsinə dəstəklə bağlı müqavilə imzalayacaq. Maliyyə və iqtisadiyyat nazirlərinə, Nazirlər Kabinetinin digər üzvlərinə və Gəncə rəhbərliyinə “Yaşıl şəhərlər” proqramı çərçivəsində həyata keçirilən layihələrə davamlı dəstəyə görə təşəkkür etmək istərdik”, - EBDR rəhbəri deyib.

© Report