SƏNAYE

08 Sentyabr

ABŞ 2022-2023-cü illərdə Azərbaycanda maye karbohidrogen hasilatı üzrə proqnozu artırıb

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2022-ci il üçün Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı üzrə proqnozu 10 min barel, 2023-cü il üçün isə 30 min barel artırıb.

"Fins.az" xəbər verir ki,  bu barədə EIA-in aylıq proqnozunda bildirilir.

İdarənin məlumatına görə, 2022-ci ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı 0,67 milyon barel (avqust proqnozu - 0,66 milyon barel) səviyyəsində proqnozlaşdırılır. Cari ilin I rübündə hasilat 0,7 milyon barel, II rübdə 0,67 milyon barel təşkil edib, III rübdə 0,67 milyon barel (0,63 milyon barel), IV rübdə 0,66 milyon barel (0,63 milyon barel) həcmində proqnozlaşdırılır.

Proqnozlara görə, 2023-cü ildə Azərbaycanda gündəlik 0,64 milyon barel (avqust proqnozu - 0,61 milyon barel) maye karbohidrogen hasil olunacaq.

Gələn ilin I rübündə gündəlik neft hasilatı 0,65 milyon barel (avqust proqnozu - 0,62 milyon barel), II rübdə 0,64 milyon barel (0,6 milyon barel), III rübdə 0,64 milyon barel (0,6 milyon barel), IV rübdə 0,65 milyon barel (0,61 milyon barel) səviyyəsində olacaq.

İdarənin dəqiqləşdirilmiş məlumatına görə, 2021-ci ildə Azərbaycanda gündəlik 0,72 milyon barel maye karbohidrogen hasil edilib