SƏNAYE

07 Sentyabr

Qasımov “Petkim”in Direktorlar Şurasının sədri təyin olunub

SOCAR şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Türkiyənin “Petkim” neft-kimya kompleksinin Direktorlar Şurasının yeni sədri təyin olunub.

"Fins.az" xəbər verir ki, Türkiyənin Kamu Aydınlatma Platformasında “Petkim” müvafiq elan dərc edib.

Qasımov bu vəzifədə 10 fevral 2022-ci il tarixinə qədər SOCAR-ın prezidenti postunu tutan Rövnəq Abdullayevi əvəz edib.

Ümumilikdə, “Petkim”in Direktorlar Şurasının tərkibi yenilənib. Həmçinin, Şura üzvlərinin sayı 8-dən 9-dək artıb.

Zaur Qurbanov Direktorlar Şurasının sədr müavini olub (SOCAR-ın vitse-prezidenti).

Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.

“Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir