SƏNAYE

06 Sentyabr

Energetika Nazirliyi:OPEC+ çərçivəsində Azərbaycanda gündəlik neft hasilatı kvotası 717 min barrel təşkil edəcək

2022-ci ilin oktyabr ayında OPEC+ çərçivəsində Azərbaycanda gündəlik neft hasilatı kvotası 717 min barrel təşkil edəcək. Bu barədə “Fins.az”a Energetika Nazirliyindən məlumat verilib.

Sentyabrda Azərbacyanın gündəlik neft hasilatı kvotası 718 min barel təşkil edib.

“Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 32-ci iclasında oktyabrda 2022-ci ilin sentyabr ayındakı səviyyədən 100 min barrel az olmaqla avqustdakı həcmdə gündəlik neft hasil edilməsi ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da dəstəyini ifadə edib. Yeni qərara əsasən, oktyabrda Azərbaycanda gündəlik 717 min barrel xam neft hasilatı nəzərdə tutulur”, - nazirlikdən qeyd ediblər