SƏNAYE

05 Sentyabr

OPEC+  qərar verdi -hasilat 100 min barel azaldılır

OPEC+ nazirlərinin konfransı başa çatıb, alyans üzvləri oktyabrda neft hasilatının 100 min gün/barel azaldılmasını təsdiqləyiblər.

"Fins.az" xəbər verir ki, qərar OPEC-in saytında dərc olunan yekun kommünikedə təsdiqlənib.

OPEC sənədi təsdiq edir ki, ittifaq ölkələri hasilatı sutkada 100 min barel azaltmaqla avqust ayı hasilat səviyyəsinə qayıtmağa razılaşıblar. Bununla yanaşı, vurğulanır ki, hasilatın sutkada 100 min barel artırılması ilə bağlı bir ay əvvəl qəbul edilmiş qərar yalnız sentyabr ayına hesablanıb.

Sənəddə o da qeyd olunur ki, OPEC+ ölkələrinin nazirləri bazardakı vəziyyətə cavab vermək üçün istənilən vaxt görüşləri keçirmək qərarına gəliblər. OPEC+-ın növbəti iclası oktyabrın 5-nə planlaşdırılıb.

Oktyabr ayı hasilat cədvəlinə əsasən, Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını sutkada 26 min barel azaldaraq 11,004 milyon barelə qədər azalda biləcək. Alyans ölkələrində neft hasilatının ümumi səviyyəsi avqust ayı səviyyəsinə qayıda bilər - sutkada 43,854 milyon barel.

OPEC+un qərarından sonra neft qiymətləri yksəlməyə başlayıb. Bakı vaxtı ilə saat 17:00-da Brent nefti 3,5% bahalşama ilə 96,39 dolardan ticarət olunub.