SƏNAYE

05 Sentyabr

Nazirdən TANAP və TAP qaz kəmərləri ilə Türkiyə və Avropaya nəql edilən qazın həcmi barədə AÇIQLAMA

Bu il Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri ilə Türkiyə və Avropaya ümumilikdə 11 mlrd. kubmetr qaz nəql edilib.

"Fins.az" xəbər verir ki,bu barədə energetika naziri Pərviz Şahbazov öz "Twitter" hesabında paylaşım edib.

“Türkiyə TANAP ilə 3,7 mlrd. kubmetr, cəmi 5,4 mlrd. kubmetr, Avropa isə 7,3 mlrd. kubmetr Azərbaycan qazı ilə təchiz olunub”, - deyə tvittdə bildirilib.