SƏNAYE

03 Sentyabr

Şimal axını kəmərinin fəaliyyəti tamamilə dayandırılıb

“Şimal axını” kəmərinin fəaliyyəti tamamilə dayandırılıb.

Fins.az xəbər verir ki, Rusiyanın “Qazprom” şirkəti Avropanı qaz ilə təchiz edən “Şimal axını” kəmərinin yeganə işlək mühərrikinin sıradan çıxdığını və bununla da kəmər ilə qaz nəqlinin tamamilə dayandırıldığını bildirib.

Şirkətdən bildiriblər ki, nasazlıq barədə “Siemens” şirkətinin baş icraçı direktoru Kristian Bruxa məlumat verilib.

Hazırda Rusiyadan Avropaya qaz Urenqoy-Pomara-Ujqorod boru kəməri, eləcə də “Türk axını” vasitəsilə daşınır.