SƏNAYE

02 Sentyabr

Rusiyadan açıqlama: “Qiymət tavanı məhdudiyyəti tətbiq edənlər üçün neft yoxdur”

Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiya neftinə yuxarı qiymət həddi tətbiqini dəstəkləyən ölkə və şirkətlərə neft və neft məhsulları satmayacaqlarını bildirib.
"Fins.az" xəbər Paytaxt Moskvada jurnalistlərə açıqlama verən Novak G7 ölkələrinin, xüsusən də ABŞ-ın Rusiya neftinə tavan qiymət tətbiq etmək cəhdlərini dəyərləndirib.

Bu təşəbbüsləri "cəfəngiyyat" kimi qiymətləndirən Novak, "Dünyanın enerji təhlükəsizliyini təmin edən neft bazarının işinə qarışaraq bu bazarda sabitliyi pozacaq. Bu, bazarı tamamilə məhv edəcək" deyib. dedi.

Novak vurğulayıb ki, Rusiya neftinin qiymətinə məhdudiyyətlər qoyularsa, cavab verəcəklər: "O zaman biz də məhdudiyyətlər tətbiq edəcəyik. Qeyri-bazar şəraitində işləməyəcəyimiz üçün bu cür şirkətlərə və ya ölkələrə neft və neft məhsulları tədarük etməyəcəyik. " deyə qeyd edib. 

Baş nazirin müavini Novak əlavə edib ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələr, Çin və Hindistandan ibarət OPEC+ qrupu sözügedən təşəbbüsü dəstəkləmir.

G7 ölkələri, xüsusilə ABŞ, Rusiyanın enerji gəlirlərini azaltmaq üçün Rusiya neftinə  qiymət məhdudiyyəti tətbiq etmək istəyir.

ABŞ-ın maliyyə naziri Janet Yellen dünən verdiyi açıqlamada, Rusiya neft qiymətlərinin yuxarı həddi tətbiq edilməsində əldə edilən əhəmiyyətli irəliləyişlə bağlı nikbinliyini ifadə edib.

Müəllif:Aynur Qəniyeva