SƏNAYE

31 Avqust

"Azərpambığ"ın ixrac gəlirləri 9%-ə yaxın azalıb

2022-ci ilin yanvar-iyul aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin ixrac gəlirləri 50,3 milyon dollar təşkil edib.

Fins.az “İxrac icmalı”nın avqust sayına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,5% və ya 4,7 milyon dollar azdır.

Belə ki, MMC 2021-ci ilin birinci yarısında 55 milyon dollarlıq məhsul ixrac etmişdi.