SƏNAYE

29 Avqust

Azərbaycanın Almaniyaya neft ixracından qazancı 2 dəfə artıb

Azərbaycan bu ilin yanvar-iyul aylarında Almaniyaya 258 milyon 524 min dollar dəyərində 351 min ton neft ixrac edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 29%, dəyər baxımından isə 2 dəfə çoxdur.