SƏNAYE

25 Avqust

Qazaxıstan və Azərbaycan neft nəqlini müzakirə edirlər

"Qazaxıstan Azərbaycanla Qazaxıstan neftinin nəqlinin mümkün yollarını müzakirə edir".

Fins.az TASS-a istinadən xəbər verir ki, bu barədə brifinqdə Qazaxıstanın "Kazmunaigas" milli şirkətinin idarə heyətinin iqtisadiyyat və maliyyə üzrə müavini Dauren Karabayev məlumat verib.

"Qazaxıstan neftinin mümkün nəqli ilə bağlı Azərbaycan tərəfi ilə müxtəlif səviyyələrdə, o cümlədən dövlət səviyyəsində və milli şirkətlər səviyyəsində müzakirələr aparılır. Təfərrüatlar hələ də razılaşdırılmalıdır. Tərəflərlə razılıq əldə edildikdən sonra daha ətraflı məlumat verəcəyik", - deyə o bildirib.