SƏNAYE

23 Avqust

Azərbaycandan Avropaya 15 mlrd. kubmetrdən çox təbii qaz nəql olunub

Trans-Adriatik Boru Kəməri (TAP) istismara veriləndən, Azərbaycandan Avropaya 15 mlrd. kubmetrdən çox təbii qaz nəql olunub.

Fins.az məlumatına görə, bu barədə TAP konsorsiumu "Twitter" hesabında paylaşım edib.

TAP boru kəməri ilə ilk qaz axınının başlandığı 31 dekabr 2020-ci il tarixindən bəri Avropaya 15 mlrd. kubmetrdən çox qaz nəql edib və bu, Avropanın enerji təhlükəsizliyinə töhfə verib”, - paylaşımda qeyd olunur.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.