SƏNAYE

22 Avqust

Aİ-də elektrik enerjisinin qiyməti 600 avronu ötüb

Avropa İttifaqı ölkələrində “bir gün öncədən” bazarında elektrik enerjisinin qiyməti 23 avqust tarixində çatdırma şərti ilə bir MVt/saat üçün 600 avrodan yuxarı qalxıb və bununla da tarixi maksimumları yeniləyib.

Fins.az verdiyi xəbərə görə, bunu “Nord Pool” elektrik enerjisi birjasının məlumatları göstərir.

Məlumata görə, Danimarkada qiymət bir MVt/saat üçün 605,13 avroya, Avstriyada - 615,75 avroya, Belçikada - 603,38 avroya, Almaniyada - 605,13 avroya, Fransada - 611,85 avroya, Niderlandda isə 603,55 avroya çatıb.