SƏNAYE

19 Avqust

Avropa Birliyi qaz idxalçıları Norveçə müraciət edəcək

Avropada hesab edirlər ki, enerji böhranı səbəbindən Norveç qazı aşağı qiymətə tədarük etməlidir. Bu barədə "Financial Times" qəzeti yazır.

Nəşrin yazdığına görə, Norveç qazını “özəl şəkildə” idxal edən AB-nin bir çox rəhbər işçiləri deyirlər ki, Norveç “qazı aşağı qiymətə ixrac etməyə razı olmalıdır”. Avropaya qaz nəqlinin dörddə bir hissəsi Norveçdən daxil olur.

Hələ ki, rəsmi təklif olmadığı qeyd edilən məlumatda: “Qazın qiyməti Rusiya iyun ayında ixracı açıq şəkildə məhdudlaşdırmağa başlayandan bəri qiyməti iki dəfədən çox artaraq, sənayedə səs-küy yaradır. Norveçdən əvvəllər ağlasığmaz görünəni tələb etməyin vaxtı çatıb: Norveç qazı satdığı qiymətdən aşağı salmağa razı olmalıdır”

Qazın qiymətinin artması ilə Norveçin dövlətə məxsus “Equinor” şirkəti 2022-ci ildə enerji ixracından 100 milyard avroya yaxın mənfəət əldə etməyi planlaşdırır. Bir il əvvəl mənfəət 30 milyard avro təşkil edib. Nəşr hesab edir ki, ölkə artıq “müəyyən büdcə azadlığı əldə edib”.

Bu həftə Avropada qazın qiyməti min kubmetr üçün 2.6 min dollara çatıb.