SƏNAYE

19 Avqust

Olaf Şolts qaz satışında ƏDV-ni azaltdı

Almaniya kansleri Olaf Şolts 2022-ci ilin oktyabrından 2024-cü ilin martına qədər qaz satışından əlavə dəyər vergisinin 19%-dən 7%-ə endirildiyini açıqlayıb. Bu barədə “Der Spiegel” məlumat yayıb.

“Bu addımla biz ümumilikdə qaz istehlakçılarının yükünü qaz vergisinin yaratdığı yükdən qat-qat çox azaldırıq. Bu azaldılmış ƏDV dərəcəsi qaz haqqı tutulduqca tətbiq olunacaq”, - Almaniya kansleri bildirib.

Söhbət Almaniya hakimiyyətinin iyulun sonunda elan etdiyi elektrik enerjisinin kilovat-saatı üçün 2.4 avro sent əlavə ödənişindən gedir. "Bloomberg" ekspertləri hesab edir ki, kanslerin elan etdiyi ƏDV-nin azaldılması Almaniya büdcəsinə təxminən 14 milyard avro itirilən mənfəətə başa gələ bilər.

Bundan əvvəl Almaniyanın ən böyük maliyyə qurumu "Deutsche Bank"-ın rəhbəri Kristian Sevinq ölkədə inflyasiyanın kəskin sıçrayışını proqnozlaşdırmışdı. Onun sözlərinə görə, Rusiya qazının tədarükü kəsilərsə, 2022-ci ilin sonuna kimi Almaniyada inflyasiya 10%-i keçə bilər.