SƏNAYE

16 Avqust

Avropa İttifaqının Rusiyadan qaz idxalı 70% azalıb

Avropa İttifaqının (Aİ) bu ilin iyul ayında Rusiyadan təbii qaz idxalının həcmi ötən ilin eyni ayına nisbətən 70% azalaraq gündəlik 100 milyon kubmetrdən aşağı enib.

Fins.az xəbər verir ki, Aİ tətbiq etdiyi sanksiyalar fonunda Rusiyadan qaz idxalı asılılığını azaldır.

Sanksiyalar fonunda Aİ bu ilin sonuna qədər Rusiyadan neft idxalını tamamilə, eyni zamanda təbii qaz idxalını isə 2/3 azaltmağı hədəfləyir.

Əlavə edək ki, avqustun 10-dan qüvvəyə minən sanksiyalar çərçivəsində Aİ Rusiyadan kömür idxalını tamamilə dayandırılıb. Müharibədən əvvəl Rusiyanın Aİ-nin kömür idxalında payı 45% civarında olub.