SƏNAYE

15 Avqust

Azərbaycanda bu il enerji, qaz və buxar istehsalı sektorunun gəlirləri artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2022-ci ilin yanvar-iyul aylarında 1 635 mln. manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2%-lik artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 271,5 milyon manat təşkil edib, bu da illik müqayisədə 4,8% artım deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 614,8 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bu da illik müqayisədə 7,1% çoxdur. Hesabat dövründə ölkə üzrə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 444,3 mln. manat təşkil edib, bu da 18,2% artım deməkdir.