Siyasət

15 Avqust

IEA: Qlobal neft təklifi gündəlik 100 mln. bareli ötüb

Qlobal neft təklifi ötən ay 2020-ci ilin yanvar ayından bəri gündəlik 1,35 milyon barel artaraq 100,5 milyon barel olub.

Fins.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında qeyd olunub.

Məlumata görə, Avropada enerji istehsalı və qazdan neftə keçid bu ilin qalan hissəsi və 2023-cü il üçün neft tələbinin artım trayektoriyasını yüksəlidir. Hesabat dövründə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatı ötən ilin eyni ayı ilə müqayisədə təxminən 210 min barel artaraq 29 milyon barelə çatıb.