SƏNAYE

12 Avqust

“Şahdəniz” qazının ixrac həcmi 23% artıb

2022-ci ilin yanvar-iyul aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 12 milyard 20,2 milyon kubmetr təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 23% çoxdur.

Bu barədə “Fins.az"-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə magistral qaz kəmərləri ilə nəql edilən qazın 52,4%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb.

Bütövlükdə, yanvar-iyul aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 22 milyard 932,8 milyon kubmetr qaz (artım 15,8%) nəql edilib.

Hazırda “Şahdəniz” yatağından hasil edilən qaz Gürcüstan, Türkiyə və Avropaya ixrac olunur.