SƏNAYE

12 Avqust

Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri ARTIB

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 37,3 mlrd.manat olmaqla, əvvəlki ilin yanvar-iyul aylarına nisbətən 0,6% artıb.

Dövlət Statistika Komitəsindən “Fins.az ”a verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 19 150,4 min ton, əmtəəlik təbii qaz hasilatı isə 20 481 mln. kubmetr təşkil edib.