SƏNAYE

11 Avqust

Türkiyə Qara dənizdə qazın hasilatına gələn ilin yazında başlayacaq

Qara dənizdə yerləşən Türkiyənin “Sakarya” yatağından ilk qaz 2023-ci ilin martında əldə olunacaq.

 “Anadolu” agentliyini verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

Azərbaycan neftinin qiyməti artıb

Pərviz Şahbazov: "Azərbaycanın elektrik enerjisi istehsalı 2,3% artıb"

Azərbaycan “OPEC+”un hasilatı 100 min barrel artırmaqla bağlı qərarını dəstəkləyib

Onun sözlərinə görə, yatağından təbii qazı quruya nəql edəcək kəmərin (tikintisinə 2022-ci ilin iyununda start verilib – red.) 120 kilometri artıq dəniz dibinə düzülüb, cəmi 50 kilometri qalıb.

 

Nazir qeyd edib ki, Ankara ölkə sərhədləri daxilində, o cümlədən offşor (dəniz – red.) zonalardakı bütün yataqların kəşfiyyatını və gələcək işlənməsini məqsəd kimi qoyub.

Xatırladaq ki, Türkiyə Qara dənizdə 540 mlrd. kubmetr qazın hasilatı və nəqlinə təxminən 10 mlrd. dollar sərmayə qoyacaq

(c)APA