SƏNAYE

11 Avqust

Vüqar Bayramov: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolu güclənməkdədir

Azərbaycanın Avropaya mavi qaz ixracatı bu ilin ilk 7 ayında 61.5 faiz artaraq 4 milyard kubmetrdən 6.5 milyard kubmetrə çatıb.

"Fins.az" xəbər verir ki,  barədə deputat Vüqar Bayramov deyib.

O bildirib ki, bu müddətdə xaricə qaz satışı 12,9 milyard kubmetr olub. Ümumi ixracatda 24 faiz artım qeydə alınıb. Energetika Nazirliyinin məlumatına görə, 7 ay ərzində Türkiyəyə 4,8 milyard kubmetr, Gürcüstana 1,6 milyard kubmetr satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 3,2 milyard kubmetrə yaxın qaz nəql olunub. Eyni zamanda, ölkədə mavi qaz hasilatı da 13.3 faiz artıb. Bu ilin ilk 7 ayında Azərbaycanda 27,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 7,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 14,8 milyard kubmetri “Şahdəniz”dən, 4,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən bu 3,2 milyard kubmetr artım deməkdir. Bu ilin yanvar-iyul ayları üzrə rəqəmlər göstərir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolu güclənməkdədir. Son bir ildə Azərbaycan Avropaya 13,5 milyard kubmetr mavi qaz nəql edib. Bütövlükdə Azərbaycan tərəfinin Avropaya 2022-ci ildə 10 milyard kubmetrdən artıq mavi qazın nəql edilməsi nəzərdə tutulur. “Yeni memoranduma əsasən, Azərbaycan Avropa nəql etdiyi mavi qazı 2026-cı ilədək iki dəfə artırmalıdır. Nəzərə alsaq ki, Yunanıstan, Bolqarıstan daxili şəbəkə vasitəsilə artıq Azərbaycan mavi qazı iyulun 1-dən etibarən Bolqarıstana nəql edilib. İl ərzində Bolqarıstana 1,5 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulur. Həmin daxili şəbəkənin ötürülməsi qabiliyyəti 5,5 milyard kubmetrə qədər yüksələcək. Avropa üçün Azərbaycan yeni alternativ mənbədir. Nəzərə alsaq ki, Mərkəzi, Şərqi Avropa enerji təhlükəsizliyini daha çox Azərbaycanın mavi qazı hesabına gücləndirmək niyyətindədir”, - deyə deputat qeyd edib.