SƏNAYE

10 Avqust

“Moody's” SOCAR-ın reytinqini yüksəldib

“Moody's Investors Service” (“Moody's”) beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqlərini korporativ ailə reytinqi (CFR) və yüksək təminatsız reytinqi də daxil olmaqla “Ba2”dən “Ba1”ə yüksəldib.

“Fins.az ” agentliyə istinadən xəbər verir ki, eyni zamanda “Moody's” SOCAR-ın Əsas Kredit Qiymətləndirməsini (BCA) “b1”dən “ba3ə”, Defolt Ehtimalı Reytinqini (PDR) isə “Ba2-PD"dən “Ba1-PD”yə yüksəldib. Reytinq agentliyi həmçinin şirkətin reytinqləri üzrə proqnozunu "müsbət"dən "stabil"ə dəyişib.

Bugünkü reytinq qərarı avqustun 5-də Azərbaycanın suveren reytinqinin “Ba2”dən “Ba1”ə yüksəldilməsinə uyğundur.