SƏNAYE

08 Avqust

"Şahdəniz”dən nə qədər qaz çıxarılıb?-RƏSMİ AÇIQLAMA

​“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin 01 avqust tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 198 milyard kubmetrə yaxın, “Şahdəniz”dən isə 172,3 milyard kubmetrdən çox qaz hasil edilib.

"Fins.az" xəbər verir ki,  bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 119,5 milyard kubmetr həcmi ixraca nəql edilib.

2022-ci ilin yanvar-iyul ayları ərzində ölkədə 19,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 12 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 milyon ton təşkil edib.