SƏNAYE

08 Avqust

Azərbaycanda 2022-ci il ərzində hasil olunan neftin həcmi AÇIQLANIB

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 19,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən “Fins.az"-a verilən məlumata görə, neft hasilatının 12 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 2,6 milyon tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb.

Məlumata görə, hesabat dövründə SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 milyon ton təşkil edib.